Ermənistan İstintaq Komitəsi Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində azmış azərbaycanlı hərbçi Ruslan Pənahov barəsində cinayət işi açıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, o, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən sərhədi qanunsuz keçmək, qanunsuz silah-sursat gəzdirmək və s. ilə ittiham olunur.
“Hazırda işin halları aydınlaşdırılır”, - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.