Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı cari vəziyyət müzakirə edilib - YENİLƏNİB

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət katibinin Enerji Resursları Bürosu üzrə köməkçisinin müavini Kimberly D. Harrington arasında görüş olub.


Energetika Nazirliyindən Senzor.az-a bildirilib ki, görüşdə iki ölkə arasında uzunillik uğurlu enerji tərəfdaşlığının davam etdirilməsindən məmnunluq ifadə edilib. Cənub Qaz Dəhlizinin enerji böhranı zamanı Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu qeyd edilib və hazırda bu layihənin genişləndirilməsi ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.


Energetika naziri Pərviz Şahbazov hazırda Azərbaycanın layihənin genişləndirilməsi və əlavə tədarüklərin təmin edilməsi ilə yanaşı, enerji keçidi üzrə də mühüm addımlar atdığını qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən enerji sektorunda islahatlara və bərpa olunan enerjinin inkişafına güclü dəstək var. Həyata keçirilən “yaşıl enerji” layihələri, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ölkəmizin enerji keçidinə sadiqliyinin göstəriciləridir.


ABŞ Dövlət katibinin Enerji Resursları Bürosu üzrə köməkçisinin müavini Kimberly D. Harrington isə deyib ki, COP-a ev sahibliyi edən Azərbaycan enerji təhlükəsizliyi və iqlim məsələlərini uzlaşdırmaqla digər neft-qaz ölkələri üçün nümunə yaradır.


Söhbət zamanı hidrogen, metan emissiyalarının azaldılması, COP29 çərçivəsində, həmçinin bir sıra ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

**14:24

Azərbaycan kommersiya qazının Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyə qədər Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub.


Senzor.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.


“TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) ilə boru kəmərinin mərhələli genişlənməsi, hidrogen, bərpa olunan qazların tədarükü, karbon neytallığına nail olunması ilə bağlı həyata keçirilən prosesləri dəyərləndirdik”, - deyə nazir bildirib.


Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.


TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.