Almaniyalı deputatlar "Böyük Qayıdış"la bağlı məlumatlandırılıb
foto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakıda səfərdə olan Almaniya Bundestaqının nümayəndə heyəti “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı məlumatlandırılıb.


Senzor.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) məlumat yayıb.


Bildirilib ki, Bundestaqın Hüquq məsələləri komitəsinin sədri Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi heyət deputatlar Canan Bayram, Ştefan Brandner, Sonya Ayxvede, Susanne Hirl, Torsten Lib, Karsten Müller və Yan Plobnerdən ibarət olub. Görüşdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Ralf Horlemann, Almaniya xarici işlər nazirinin müşaviri Yan Şlixtinq də iştirak ediblər.


Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, həmçinin bu problemin həlli istiqamətində həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib.

Məcburi köçkünlərin Böyük Qayıdışa hazırlanması ilə əlaqədar həyata keçirilən layihələr haqqında məlumat verilərkən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə bu sahədə indiyədək əməkdaşlığın olduğu qeyd edilib.


Nümayəndə heyətinin rəhbəri Elizabet Vinkelmayer-Beker Cənubi Qafqazda təhlükəsizliyin bərqərar edilməsinin, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının Almaniyanın da maraq dairəsində olduğunu vurğulayıb. Böyük Qayıdışın müxtəlif aspektləri, işğaldan azad edilmiş ərazilərdə azərbaycanlı və erməni icmalarının birgəyaşayışının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlərə münasibət bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.