“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubu ilə Bakıda keçirəcəyi ilk oyun üçün satılan biletlərin sayı açıqlanıb.
Senzor.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, artıq 27000 azarkeş bilet əldə edib.
Məhdud sayda olan biletləri “Iticket.az”ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” görüşü saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə olacaq.