Ermənistanda hərbçi öz əsgər yoldaşını güllələyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 8-də gecə saatlarında 2003-cü ildə anadan olan sıravi əsgər Senik Saakyan hərbçi yoldaşının açıdığı atəş nəticəsində yaralanıb: “Hərbçinin vəziyəti çox ağırdır”.
Hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün araşdırma aparılır.