Saakaşvili Gürcüstan Prezidentini görüşə çağırdı -
“ƏFV İSTƏMİRƏM VƏ İSTƏMƏYƏCƏM”
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili, ölkə Prezdenti Salome Zurabişvilinin çağırışına cavab verib.   
 
Modern.az bildirir ki, Saakaşvili ölkənin dördüncü prezidenti Qiorqi Marqvelaşvili ilə Zurabişvilini Qori Hospitalına görüşə dəvət edib.   
 
O bildirib ki, ölkədə sülhün təminatı danışıqlardan keçir:   "Mən sizin çıxışınızı diqqətlə dinləmişəm və təkcə üçüncü prezident kimi deyil, həm də bu ölkənin gələcəyini düşünən vətənpərvər kimi bu məsələ ilə bağlı mövqeyimi bildirmək istəyirəm. Məncə, hazırda ən yaxşı format Cənubi Afrika formatı və modelidir. Hamımız dəyirmi masa arxasında əyləşib vətənimizin keçmişi və ən əsası Avro-Atlantik demokratik gələcəyi haqqında birlikdə danışmalıyıq və xalqımızın ləyaqətli və təhlükəsiz həyat şəraitini müzakirə etməliyik. Ölkəmizin dördüncü prezidenti Qiorqi Marqvelaşvilinin üç prezidentin görüşü ilə bağlı səsləndirdiyi təklifi xatırlamaya bilmirəm. Düşünürəm ki, bu ideya düzgün işlənib hazırlansa, yaxşı olardı və mən Gürcüstanın dördüncü prezidenti Giorgi Marqvelaşvilini bunun üçün ən önəmli fiqur hesab edirəm. Qeyri-qanuni məhbus kimi bu görüş əsasında azad olunacağımla bağlı heç bir fikirim yoxdur. Ona görə də təklif edirik ki, ilk belə görüş hazırda məhbus olduğum Qori Hərbi Hospitalında keçirilsin və mən sizdən əfv istəmirəm və bu görüşdə bunu istəməyəcəm. Mən inanıram ki, bu cür dialoqun alternativi yoxdur. Azlığın çoxluğu sıxışdırmaq cəhdi, bu azlıq nə qədər milyardlarla, cəza dəstələri ilə təchiz olunsa da, böyük vətəndaş qarşıdurması təhlükəsi yaradır və ola bilsin, buna yönəlib. Ölkəmiz üçün fəlakətli olan bu ən pis nəticə bütün gürcü vətənpərvərləri üçün fəlakət, yeganə düşmənimiz Rusiya üçün isə vətənimizin gələcəyi naminə arzu olunan yeganə işdir. Gürcüstanın sülhə, inkişafa və tam bərpaya ehtiyacı var. Vaxt çox qısadır və bir dəqiqə belə itirmək olmaz. Ona görə də mən Gürcüstan cəmiyyətindən, siyasi qüvvələrdən, qeyri-hökumət sektorundan, mediadan, beynəlxalq ictimaiyyətdən xahiş edirəm ki, barışıq prosesini və mənim təklif etdiyim formatı dəstəkləsinlər”, - deyə M.Saakaşvili qeyd edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.