Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşdi QURBAN QURBANOVDAN REAKSİYA
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
 
Senzor.az bildirir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olub.
 
Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda Fransanın "Marsel" klubu ilə qarşılaşacaq. Ağdam klubu ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə bir həftə sonra Bakıda keçirəcək. Bu arada "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirib. 49 yaşlı mütəxəssis rəqibdən çəkinmədiklərini bildirib: “Bunadək də xeyli sayda güclü rəqiblərimiz olub. Bəzi matçlarda uduzsaq da, futbolçular layiqli oyun göstəriblər. Bu il təcrübəmiz daha çoxdur. Məndə bu il turnirə başlayanda hansı istək var idisə, futbolçularıma necə güvənirdimsə, indi də eyni vəziyyətdir. 2 ay vaxtımız olacaq, rəqibi daha yaxından tanıyacağıq. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün formada çatdıraq və layiqli mübarizə aparaq. Rəqibin adından çəkinməyəcəyik. İnanıram ki, həm səfərdə, həm də evdə ən yaxşı matçlarımızdan birini oynayacağıq. Komandama güvənirəm". 
Qeyd edək ki, "Qarabağ" ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.
++
Qeyd edək ki, pley-off matçlarından sonra 8 cütün qalibi Konfrans Liqasında qruplarını ilk sırada başa vurmuş 8 kollektivə qoşulacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.