AFFA rəhbərliyi Prezidentin “Qarabağ”la görüşünə dəvət olunmadı -
FOTO
Bu gün Prezident İlham Əliyev UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə əldə edən “Qarabağ” klubunu qəbul edib. Maraqlıdır ki, görüşə AFFA rəhbərliyi dəvət olunmayıb. Nə AFFA prezidenti Rövnəq Abdullayev, nə də icraçı vitse-prezident Elxan Məmmədov qəbulda olub.

“Qafqazinfo” xatırladır ki, indiyə qədər ölkə başçısı “Qarabağ” klubunu iki dəfə qəbul edib. Həmin görüşlərin hər ikisində AFFA rəhbərliyi də yer alıb.  

“Qarabağ” dövlət başçısı tərəfindən ilk dəfə 2014-cü ildə - Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazananda qəbul edilmişdi. Həmin görüşdə həm AFFA prezidenti Rövnəq Abdullayev, həm baş katib Elxan Məmmədov, həm də PFL prezidenti Ramin Musayev iştirak etmişdi.



Prezident “Qarabağ”la ikinci dəfə 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra görüş keçirmişdi. Həmin vaxt da AFFA prezidenti Rövnəq Abullayev Ağdam klubu ilə birlikdə qəbulda yer almışdı.



Bugünkü qəbulda “Qarabağ”la birlikdə gənclər və idman naziri Fərid Qayıbov iştirak edib. 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.