ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə İtaliyada “Böyük Yeddilik” (G7) sammiti çərçivəsində görüş keçirməyə razılaşıb.
TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər İsveçrədə Ukrayna üzrə qarşıdan gələn sülh sammitini müzakirə ediblər:
"Bu sammitdə Ukraynanın BMT Nizamnaməsinə, o cümlədən suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq ədalətli və davamlı sülhə olan istəklərini dəstəkləmək üçün ABŞ-ni təmsil edəcəklər. C.Bayden ABŞ-nin Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb. Liderlər müzakirələri davam etdirmək üçün İtaliyada keçiriləcək G7 sammitində yenidən görüşmək barədə razılığa gəliblər".
C.Bayden və V.Zelenski həmçinin Ukrayna münaqişəsi ətrafındakı vəziyyəti müzakirə ediblər.
Xatırladaq ki, G7 sammiti iyunun 13-15-də İtaliyanın cənubundakı Puqliyada keçiriləcək.
**15:54
ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskidən üzr istəyib.
Yerli KİV xəbər verir ki, Parisdə keçirilən görüş zamanı Prezident Co Bayden ilk dəfə olaraq Ukrayna Prezidenti Vladimir Zelenskidən Rusiyanın döyüş meydanında irəliləyişinə imkan verən ABŞ hərbi yardımını aylarla gecikdirdiyinə görə açıq şəkildə üzr istəyib.
Bayden vurğulayıb ki, ABŞ uzun müddət Ukraynanın yanındadır.
“Biz hələ də yanınızdayıq. Tamamilə. Hərtərəfli", - o deyib.
**15:11
Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Co Bayden arasında görüş keçirilir.
CNN xəbər verir ki, prezidentlər arasında görüş Parisdə keçirilir.
Görüşdə ABŞ dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin də iştirak edir.
**10:12
ABŞ Prezidenti Co Bayden iyunun 7-də Fransada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.
Senzor.az yerli KIV-ə istinadən bildirir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Bayden Normandiyada keçirilən böyük anım tədbirlərində iştirak etmək üçün Fransada səfərdədir.
ABŞ lideri Zelenski ilə Parisdəki “InterContinental Paris Le Grand Hotel”də görüşəcəklər.
6 iyun 1944-cü ildə Britaniya, ABŞ və Kanada hərbi birləşmələri Normandiya sahillərinə çıxmaqla Fransa ərazisinə girmiş oldular.
Bu, şimal-qərbi Fransanın müttəfiqlər tərəfindən ələ keçirilməsini nəzərdə tutan strateji “Overlod” əməliyyatının birinci mərhələsi idi.