Avropa Parlamentinə seçkilərdə və ABŞ-da prezident seçkilərində sülhsevər qüvvələr qalib gəlsələr, Ukraynada münaqişənin həllinə ümid etmək mümkün olacaq.
TASS-ın verdiyi xəbərə görə, bunu Macarıstan Baş naziri Viktor Orban bildirib.
Avropa Parlamentinə seçkilərlə əlaqədar bu gün səs verən Viktor Orban bütün Aİ ölkələrində Avropa Parlamentinə keçirilən hazırkı seçkilərin əsas mövzusunun müharibə və sülh məsələsi olduğunu söyləyib. Noyabrda isə ABŞ-da prezident seçkilərinin keçiriləcəyini bildirən Macarıstan Baş naziri bunun Ukraynada müharibə və ya sülh məsələsi ilə bağlı həlledici ikinci məsələ olduğunu vurğulayıb: “Əgər Avropa Parlamentinə seçkilərdə və ABŞ-da prezident seçkilərində sülhsevər insanlar qalib gəlsə, Ukraynada sülh bərqərar ola bilər”.