Azərbaycanla Albaniya arasında enerji tərəfdaşlığı və ikitərəfli investisiyaların təşviqi məsələləri müzakirə edilib.
Senzor.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə ölkələrimizin iqtisadi sahədə birgə fəaliyyətini, səmərəli enerji tərəfdaşlığını və ikitərəfli investisiyaların təşviqi məsələlərini müzakirə etdik” - deyə Mikayıl Cabbarov paylaşımda bildirib.