Özbəkistan Prezidenti Azərbaycanın mədəniyyət naziri ilə görüşüb
FOTO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Mədəniyyəti Günləri münasibətilə ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimlini qəbul edib.

 

Senzor.az Özbəkistan mətbuatına istinadən bildirir ki, görüşün əvvəlində Adil Kərimli Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

 

Söhbət əsnasında Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin, o cümlədən humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

 

Şavkat Mirziyoyev son illər mədəni mübadilənin intensivləşdiyini böyük məmnunluqla qeyd edib.

 

Xatırladaq ki, bu ilin əvvəlindən Bakıda Özbəkistanın Elm və Mədəniyyət Günləri, “Ləzgi” milli baletinin sərgisi və premyerası uğurla keçirilib.

 

Bu gün başlayan Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin kitabının təqdimatı olub. Sərgilər, teatr tamaşaları və digər tədbirlər də nəzərdə tutulub.

 

YUNESKO, TÜRKSOY və İSESKO kimi beynəlxalq təşkilatlar çərçivəsində birgə təşəbbüs və layihələrin təşviq edilməsi, “yol xəritəsi” əsasında intensiv dialoqun və zəngin mədəni tədbirlər proqramının davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.