Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşdülər - FOTO

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iki ölkənin mədəniyyət nazirləri Ozodbek Nazarbekov ilə Adil Kərimli arasında görüş olub.

 

Mədəniyyət Nazirliyindən Senzor.az-a bildirilib ki, Özbəkistan Forumlar Sarayında gerçəkləşən görüşdə azərbaycanlı həmkarını salamlayan Ozodbek Nazarbekov Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın mədəniyyət və incəsənət xadimlərini yenidən ölkəsində görməkdən məmnunluğunu bildirən nazir özbək xalqının Azərbaycan mədəniyyətinə həmişə sevgi və rəğbət bəslədiyini deyib.

 

İkitərəfli görüşə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kərimli ölkəmizdən incəsənət ustalarının Özbəkistana böyük sevgi və həvəslə gəldiklərini diqqətə çatdırıb.

 

Qeyd olunub ki, Azərbaycan mədəniyyət nazirinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilməsi qardaş ölkənin dövlət başçısının Azərbaycanla münasibətlərə böyük diqqət yetirməsinin və mədəniyyətimizə olan rəğbətinin parlaq təzahürüdür. Bildirilib ki, görüş zamanı Özbəkistan Prezidenti tərəfindən birgə mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, görkəmli özbək və Azərbaycan şairləri Əlişir Nəvai və Məhəmməd Füzuliyə həsr olunan filmin çəkilməsi ilə bağlı təklif səsləndirilib.

 

Nazirlərin görüşündə dövlət başçısının bu təklifi ilə bağlı müzakirə aparılıb.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.