Azərbaycan və Gürcüstan arasında hərbi informasiya sahəsində təcrübə mübadiləsi aparılıb

Bakıda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mətbuat Xidmətinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri arasında görüş keçirilib.


Senzor.az MN-ə istinadən xəbər verir ki, qonaqlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı ətraflı məlumat verilib, Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsi və sonrakı hərbi əməliyyatlar zamanı dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışılıb.


Sonra nümayəndə heyətinə Müdafiə Nazirliyi tərəfindən kommunikasiya, o cümlədən media və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlərlə bağlı brifinq təqdim edilib.


Görüşdə, həmçinin hər iki ölkə ordularında strateji kommunikasiya işinin təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi informasiya sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.