Ermənistan parlamentinin sədri Alen Simonyan “Ermənistan” fraksiyasının başçısı, keçmiş müdafiə naziri Seyran Ohanyanı rəyasət heyətindən qovub.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, Alen Simonyanla müxalifətdən olan deputat Qeqaq Nazaryan arasında xidməti çıxışdan istifadə ilə bağlı mübahisə düşüb. Məsələyə Seyran Ohanyan da müdaxilə edib. Parlament sədri onu rəyasət heyətinə dəvət edib. Ohanyan ona məsələ ilə bağlı yalan danışdığını söyləyib. Sonra Simonyan ona “gedin buradan” deyərək keçmiş müdafiə nazirinin rəyasət heyətindən qovub. Bunun ardınca tərəflər arasında mübahisə düşüb, Simonyan Ohanyana yalan danışdığını və kobud şəkildə “sən, buradan get” deyib.