Ombudsman Fransa hökumətinin Azərbaycanın media nümayəndəsi ilə bağlı qərəzli hərəkətinə münasibət bildirib

Azərbaycan respublikasinin insan hüquqlari üzrə müvəkkili Səbinə Əliyeva (ombudsman) Fransa hökumətinin azərbaycanlı jurnalistlə bağlı qərəzli hərəkətinə münasibət bildirib.


Bu barədə Senzor.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.


Vurğulanıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi tərəfindən Almaniyanın Bonn şəhərində keçirilən tədbirdə iştirak üçün həmin ölkəyə səfər etmiş azərbaycanlı jurnalist iyunun 11-də Köln/Bonn Hava Limanında saxlanılıb və ona Fransa tərəfindən Şengen ərazisinə girişinin bloklanması barədə məlumat verilib. Həmin tədbirə dəvət edilmiş azərbaycanlı jurnalist bir neçə saat hava limanında saxlanıldıqdan sonra Almaniyanın müvafiq orqanları tərəfindən həyata keçirilmiş araşdırmalar nəticəsində bu tələbə dair hər hansı qanuni əsasın olmadığı aydınlaşdırılıb və bundan sonra jurnalistin ölkəyə girişinə icazə verilib.


Diqqətə çatdırılıb ki, azərbaycanlı jurnalistə qarşı bu cür pis rəftar beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də söz, media azadlığı hüququnu, informasiya əldə etmək hüququnu kobud şəkildə pozur, eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyətinə məhdudiyyətin tətbiq olunmasına rəvac verir.


Qeyd olunmalıdır ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsasən, hər bir şəxs əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna, maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı, istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığına malikdir. Eyni zamanda, Fransa iştirakçısı olduğu “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına da zidd hərəkət edib.


Xüsusilə bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nəzərə alınmaqla, məhz iqlim dəyişikliyi mövzusuna həsr olunmuş tədbirdə Azərbaycanın media nümayəndəsinin iştirakına bu şəkildə maneə törədilməsi yolverilməzdir.


Bildirilib ki, Fransanın siyasi münasibətlər, habelə əsassız qərəzli yanaşmalar səbəbindən jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə əngəl törətməsi, habelə hərəkət azadlığını məhdudlaşdırmağa yönəlmiş bu cür addım atması aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən pislənilməli və məsələ ilə bağlı zəruri araşdırmalar aparılmalıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.