ABŞ da Putinin Ukrayna ilə atəşkəs üçün irəli sürdüyü şərtləri qəbul etmir

Rusiya Prezidenti Vladimir Putin Ukraynada sülhə dair şərtlər irəli sürə bilməz.


Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Brüsseldə NATO-nun mənzil qərargahında jurnalistlərə bildirib.


O, Kreml rəhbərinin Ukrayna ordusunun öz ərazilərini tərk etməli olduğu ilə bağlı tələbini ağlasığmaz adlandırıb.


Pentaqon rəhbəri müharibəyə son qoyulması üçün Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmalı olduğunu vurğulayıb.


Ostin həmçinin müttəfiqləri rəsmi Kiyevə silah-sursat təchizatını sürətləndirməyə çağırıb.


ABŞ müdafiə naziri Putinə məsləhət görüb ki, müharibənin başa çatması üçün Rusiya ordusunu Ukraynanın suveren ərazilərindən tamamilə çıxarsın.


Qeyd edək ki, bir qədər əvvəl Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Vladimir Putin Ukrayna tərəfini qoşunları Donetsk, Luqansk və Xerson ərazilərindən çıxarmağa çağırıb. Kremlin başçısı vurğulayıb ki, müharibə yalnız bu tələb yerinə yetirilərsə, dayandırıla bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.