Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 14-ü saat 13:55-də Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Senzor.az bildirir ki, Müdafiə Nazirliyindən verilən yeni məlumatda belə deyilir.
"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün axşam və bu gün səhər saatlarında da Naxçıvan istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.