Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.
Senzor.az bildirir ki, F qrupunun ikinci matçında Portuqaliya və Çexiya komandaları üz-üzə gəliblər.
Görüş portuqalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 62-ci dəqiqədə Lukas Provod açsa da, 7 dəqiqə sonra çexiyalıların heyətində Roben Hranak avtoqol müəllifi olub. Portuqaliya seçməsinə qələbə gətirən qolu isə 90+2-ci dəqiqədə Fransisko Konseysao vurub.
F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.