Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turuna start verilib.
Senzor.az bildirir ki, günün ilk qarşılaşması B qrupunda Xorvatiya və Albaniya yığmaları arasında olub.
İlk turu məğlubiyyətlə başa vurmuş komandaların dueli 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 10-cu dəqiqədə Albaniya seçməsinin heyətində Qazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç hesabı bərabərləşdirib. 76-cı dəqiqədə Klaus Qyasula avtoqol müəllifi olub. Matçın yekun nəticəsini də 90+5-ci dəqiqədə Klaus Qyasula müəyyənləşdirib.
A qrupunda keçiriləcək oyunlarda isə Almaniya Macarıstanı, İsveçrə isə Şotlandiyanı sınağa çəkəcək. Matçlar müvafiq olaraq, saat 20:00 və 23:00-da start götürəcək. Hazırda ev sahibləri 3 xalla qrup lideridir. Eyni xala malik isveçrəlilər 2-ci pillədə qərarlaşıblar. Macarıstan və Şotlandiyanın isə xalı yoxdur.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
**10:54
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun oyunları start götürəcək.
Senzor.az bildirir ki, günün ilk qarşılaşması Hamburq şəhərində, Xorvatiya və Albaniya seçmələri arasında olacaq.
Xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olublar.
A qrupunda ikinci turun ilk qarşılaşmasında isə Ştutqartda Almaniya və Macarıstan komandaları üz-üzə gələcəklər.
Bundestim AVRO-2024-ün açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib, macarlar isə İsveçrəyə 1:3 hesabı ilə uduzublar.
Günün sonunda Şotlandiya - İsveçrə qarşılaşması keçiriləcək. Matç Helzenkirhen şəhərində reallaşacaq.
AVRO-2024
19 iyun
II tur
B qrupu
17:00. Xorvatiya - Albaniya
Baş hakim: Fransua Leteksye (Fransa).
Hamburq, “Folksparkştadion” stadionu.
A qrupu
20:00. Almaniya - Macarıstan
Baş hakim: Denni Makkeli (Niderland).
Ştutqart, "MHP Arena" stadionu.
23:00. Şotlandiya - İsveçrə
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Köln, “Reyn Enerqi” stadionu.