Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.
Senzor.az bildirir ki, A qrupunun ikinci görüşündə Şotlandiya və İsveçrə yığmaları üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Şotlandiya seçməsində Skott Mktominay, İsveçrənin heyətində isə Cerdan Şakiri fərqləniblər.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveçrə millisi ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 6 xalla Almaniya başçılıq edir.
Qeyd edək ki, iyunun 19-da B qrupunda Xorvatiya və Albaniya yığmaları arasında keçirilən görüşdə də qalib müəyyənləşməyib. Belə ki, ilk turu məğlubiyyətlə başa vurmuş komandaların dueli 2:2 hesablı heç-heçə ilə yekunlaşıb...