Rusiya Ukraynanın enerji obyektlərinə yeni zərbələr endirdi

İyunun 20-nə keçən gecə Rusiya ordusu Ukraynanın enerji obyektlərinə yeni güclü zərbələr endirib. Hücumlarda istifadə edilən PUA-lar bu ölkənin dörd regionunda energetika avadanlığına zərər vurub.

 

Senzor.az bildirir ki, bu barədə “Telegram Ukrenergo” kanalı məlumat yayıb.

 

Məlumatda deyilir: “Bu gün gecə saatlarında PUA-lar Ukraynanın mülki energetika infrastrukturuna yeni ağır zərbələr endirib”.

 

PUA hücumları nəticəsində Vinnitsa, Dnepropetrovsk, Donetsk və Kiyev vilayətlərində obyektlərə ciddi ziyan dəyib.

 

DTEK enerji şirkətindən bildiriblər ki, iyunun 20-nə keçən gecə Rusiya qoşunları yenidən İES-ə hücum ediblər. Hücum nəticəsində üç işçi yaralanıb.

 

“Ruslar DTEK-in istilik elektrik stansiyalarından birini atəşə tutublar. Üç həmkarımız yaralanıb. Həkimlər hər cür yardım göstərirlər”, - deyə mesajda bildirilir. Stansiyanın avadanlıqlarına da ciddi ziyan dəyib. Hazırda energetika işçiləri hücumun nəticələrini aradan qaldırmağa çalışırlar.

 

Tammiqyaslı hərbi əməliyyatların başlanmasından bəri “DTEK Energo”nun istilik elektrik stansiyaları 180 dəfədən çox atəşə tutulub. Bu hücumlar nəticəsində 53 işçi yaralanıb, 3 nəfər isə həlak olub.

 

Bu, artıq Ukraynanın enerji obyektlərinə yeddinci kütləvi hücumdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.