Vyanada Azərbaycanın COP29 sədrliyi ilə bağlı tədbir keçirilib

Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə iyunun 19-da Vyanada ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prioritetləri ilə bağlı tədbir keçirilib.


AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev, ölkəmizin Avstriyadakı səfiri və Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli, BMT-nin Vyana Ofisinin Baş direktoru və BMT-in Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Qada Uali, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin, BMT-nin Sənaye İnkişafı Təşkilatının, BMT-nin Kosmik Fəza Məsələləri üzrə İdarəsinin rəhbər şəxsləri, eləcə də xarici dövlətlərin Vyanadakı diplomatik nümayəndəliklərinin üzvləri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan səfir Rövşən Sadıqbəyli cari ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində ölkəmiz tərəfindən iqlim dəyişikliyinin təsirlərinə qarşı milli, regional və qlobal səviyyələrdə mübarizə istiqamətində göstərilən səylərdən ətraflı danışıb. Ölkəmizin proses çərçivəsində səmərəli çoxtərəfliliyi, qlobal iqlim fəaliyyəti gündəliyinin formalaşdırılmasında bütün tərəflərin mövqelərinin və baxışlarının nəzərə alınması ilə inklüziv yanaşmanı təşviq etdiyi diqqətə çatdırılıb. Bu baxımdan beynəlxalq təşkilatlarla, o cümlədən BMT təsisatları ilə iqlim dəyişikliyi sahəsində əməkdaşlığın vacibliyinə vurğu edilib.


Xarici işlər nazirinin müavini Fariz Rzayev Azərbaycanın COP29-un ev sahibi kimi iqlimyönümlü, bərabər və dayanıqlı gələcəyə nail olunması istiqamətində aparıcı rolu, Şimal, Cənub, Şərq və Qərb arasında körpü rolu oynayaraq qlobal istiləşmənin qarşısının alınması üzrə qlobal həmrəyliyi və birliyi təşviq etdiyini bildirib. Bu istiqamətdə iqlim maliyyələşməsinin COP29 sədrliyimizin prioritetlərindən biri olduğu, habelə inkişaf etməkdə olan ölkələrin də ehtiyacları nəzərə alınmaqla İqlim Maliyyələşməsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə nail olunması üçün birgə konstruktiv işin aparılmasının zəruriliyi vurğulanıb.

Nazir müavini, eyni zamanda, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iqlim dəyişmələrinə uyğunlaşma və yumşaldılma sahəsində həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar, o cümlədən bu sahədə milli və regional səviyyədə əməkdaşlıqdan bəhs edib.


Tədbirdə çıxış edən beynəlxalq təşkilatların nümayəndələri COP29 sədrliyi tərəfindən görülmüş və icra olunan tədbirləri yüksək qiymətləndirib, mandatlarına uyğun olaraq ətraf mühit əleyhinə cinayətlərə qarşı mübarizə, iqlim dəyişikliyinin monitorinqi və təsirlərinin yumşaldılması, iqtisadi fəaliyyətlərin inkişafında ətraf mühit amillərinin təşviqi, təmiz enerji növlərindən biri hesab edilən nüvə enerjisindən istifadənin genişləndirilməsi sahəsində görülən işlər, COP29 çərçivəsində beynəlxalq təşkilatlar tərəfindən təşkili planlaşdırılan tədbirlər barədə ətraflı məlumat təqdim ediblər.


Tədbir çərçivəsində keçirilən sərgidə COP29 sədrliyinin və danışıqçılar heyətinin keçirdiyi mühüm görüşlərin, aparılan müzakirələrin, eləcə də BMT təsisatlarının iqlim dəyişikliyi sahəsində həyata keçirdikləri layihələrin əks olunduğu fotolar nümayiş etdirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.