Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşü başa çatıb.
Senzor.az bildirir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən oyunda ispanlar minimal hesabla qalib gəliblər.
Matçın taleyini 1 qol həll edib. İtaliya millisinin heyətində Rikkardo Kalafiorinin 55-ci dəqiqədə öz qapısına vurduğu top ispanlara qələbə qazandırıb.
İspaniya yığması bu qələbə sayəsində B qrupunda xallarının sayını 6-ya çatdıraraq 1/8 finala vəsiqəni təmin edib.
TURNİR CƏDVƏLİ
1. İspaniya – 6 xal (2 oyun)
2.İtaliya – 3 (2)
3.Albaniya – 1 (2)
4. Xorvatiya – 1 (2).
İyunun 24-də 3-cü turda Albaniya İspaniya, Xorvatiya isə İtaliya ilə qarşılaşacaq.