Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başa çatıb.
Senzor.az bildirir ki, qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da ispanlar Avropa çempionatının finalına vəsiqə qazanıblar.
Qeyd edək ki, növbəti finalçı bu gün baş tutacaq Niderland-İngiltərə oyunundan sonra məlum olacaq.
**00:04
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü start götürüb.
Senzor.az bildirir ki, qarşılaşma Münhendəki “Alyans Arena"da keçirilir.
Görüşü sloveniyalı referi Slavko Vinçiç idarə edir.
**
9-cu dəqiqədə Fransa millisinin oyunçusu Kolo Muani adını tabloya yazdırdı – 0:1.
**
21-ci dəqiqədə Lamin Yamal fantastik qolla hesabı bərabərləşdirdi - 1:1.
**
Münhendəki “Alyans Arena"da ispanlar hesabda önə çıxdılar - 2:1.
Fransa yığmasının heyətində 25-ci dəqiqədə Jül Kunde avtoqol müəllifi oldu.
**
Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə ilk hissə başa çatıb.
Münhendəki “Alyans Arena"da reallaşan matçda ispanların 2:1 hesablı üstünlüyü var.
**
Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşündə ikinci hissə başlayıb.
Münhendəki “Alyans Arena"da reallaşan matçda ispanlar hesabda öndədirlər - 2:1.