Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini erməniləşdirmək istəyirlər

Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər.

 

Senzor.az bildirir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi" mövzusunda keçiriIən tədbirdə deyib.

 

Onun sözlərinə görə, Azərbaycan ərazisində yaranan hər bir dövlət milli kimlikdə iz qoyub: "Azərbaycan ərazisində bir çox dövlətlər olub və hər bir dövlət də dövlətçiliyimizdə, milli kimliyimizdə müəyyən iz qoyub. Bu məsələlər hərtərəfli araşdırılmalıdır, bununla bağlı işlər gedir, kitablar tərcümə olunur və s. Amma təcrübə hansısa boşluq yarananda bundan istifadə edildiyini göstərir".

 

Fərid Şəfiyev həmçinin bildirib ki, bəzi radikal ermənilər diplomatların azad edilmiş ərazilərə sonuncu səfərindən sonra Qarabağda mövcud olan kilsələrin Azərbaycan tərəfindən "albanlaşdırıldığını" iddia edirlər: "Ancaq bu yanaşma reallığı əks etdirmir. Azərbaycanın ərazisində müxtəlif xalqlara və dini icmalara məxsus tarixi ibadət məkanları mövcuddur və ölkəmiz bu abidələrin qorunmasına diqqət yetirir. Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək istəyirlər. Yəni onu tamamilə erməniləşdirmək istəyirlər. Onlar iddia edirlər ki, bu ərazidə "Böyük Ermənistan" olub. Ancaq Qafqaz Albaniyasının tarixi "Böyük Ermənistan" ideyasını müəyyən dərəcədə darmadağın edir. Lakin bunu görüb qəbul etmək istəmirlər".

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.