ABŞ-da terror törətmək istəyən İŞİD tərəfdarları saxlanılıb

ABŞ hakimiyyəti Miçiqan ştatında İŞİD tərəfdarları tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb.

 

Bu barədə ABŞ-ın baş prokuroru Pamela Bondi "X"də məlumat verib.

 

"Məxfiləşdirilməmiş məhkəmə prosesi İŞİD-ə bağlı böyük bir terror planını ortaya qoyur: Miçiqan ştatının şərq dairəsində bir neçə şəxs həbs edilib. Onların çoxsaylı AR-15 tüfəngləri, taktiki avadanlıqları və ABŞ ərazisinə hücum üçün ətraflı planı olub", - Bondi deyib.

 

Bondinin sözlərinə görə, günahsız insanların qətlə yetirilməsinin qarşısı federal prokuror Jerom Qordon, Federal Təhqiqatlar Bürosunun və Miçiqan hüquq-mühafizə orqanlarının hərəkətləri sayəsində olub.

 

Daha əvvəl Federal Təhqiqatlar Bürosunun direktoru Kaş Patel, Helloin hücumu ilə bağlı beş nəfərin həbs edildiyini açıqlayıb. Lakin yalnız iki nəfərə ittiham irəli sürülüb.

 

Məlumata görə, təqsirləndirilən şəxslər Mohmed Ali və Majed Mahmud bilə-bilə terror cinayəti törətmək məqsədi daşıyan silah və sursatları almaq, təhvil vermək və ötürməyə cəhddə ittiham olunurlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.