
Qəzaya uğrayan təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışlar davam edir.
Senzor.az bildirir ki, bunu Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması haqda danışan Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri qeyd edib ki, qəzaya uğramış hərbi yük təyyarəsinin qalıqlarının tapılmasında Gürcüstanla koordinasiyalı şəkildə işləyirlər.
O, qəzada həlak olanlara rəhmət diləyib və Türkiyənin bu qəzadan ən az ziyanla çıxacağına ümid etdiyini bildirib: "Təyyarəmizin qəzaya uğradığını öyrəndik. Ölkənin müvafiq qurumlarının təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışları davam edir. İnşallah, bu qəzadan minimum itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır".