
"Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi hakim “Vətəndaş Müqaviləsi” Partiyasının gündəmində qalmaqdadır".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində deyib.
"Seçkinin nəticələrinə əsasən formalaşmış çoxluğun seçkiqabağı proqramına yeni konstitusiyanın qəbulu gündəliyi də daxildir", - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, konstitusiyanın əsas əhəmiyyəti hüquq qaydasının, konstitusiya quruluşunun bərqərar olmasından, habelə "bu quruluşun xalqla üzvi bağlılığının təmin edilməsindən" ibarətdir.