
Rusiya Kiyevə növbəti dəfə raket və dronlarla kütləvi hücum həyata keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nəticədə Ukraynanın paytaxtında genişmiqyaslı dağıntılar və yanğınlar baş verib.
Kiyevin meri Vitali Kliçko hücumlar nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb. Yaralanmış 47 nəfərdən 27-si, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib.
Dağıntıların şəhərin dörd rayonunda qeydə alındığı, 20 yaşayış binasının dağıldığı, ən böyük dağıntının isə Kiyevin Podol rayonunda yerləşən doqquzmərtəbəli binada baş verdiyi bildirilir.
Rusiya ordusunun şəhərə hava hücumu zamanı, ümumilikdə 68 müxtəlif tipli raket və 351 drondan istifadə etdiyi bildirilir. Əsas hədəf Kiyev şəhəri olub.
Vitali Kliçko iyulun 7-də Kiyevdə matəm elan edildiyini də vurğulayıb.