
Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Senzor.az bildirir ki, ABŞ-ın İnqlvud şəhərində keçirilən oyunda İspaniya və Belçika milli komandaları üz-üzə gəliblər.
Oyun İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İspanların heyətində Fabian Ruiz (30) və Mikel Merino (88) fərqləniblər. Belçikanın yeganə qolu isə Şarl de Ketelarenin (41) aktivinə yazılıb.
Beləliklə, İspaniya yarımfinala yüksəlib və növbəti oyununu Fransa ilə keçirəcək.