
Amerika hərbçiləri bu gecə həftə ərzində İrana üçüncü zərbələr seriyasını tamamlayıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Komandanlığın məlumatına görə, zərbələr İranın Hörmüz boğazında ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.
**
ABŞ tərəfindən endirilən zərbələrdən sonra İran da cavab olaraq Fars körfəzi regionundakı bir sıra ərəb ölkələrinə - Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edib.
Bir sıra ölkələrdə hava hücumundan müdafiə sistemləri işə düşüb, partlayış səsləri eşidilib və sakinlərə sığınacaqlara getmək barədə xəbərdarlıq edilib.