
ABŞ ordusu İrandakı hədəflərə yeni zərbələrə endirib.
Senzor.az bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"CENTCOM İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə hücumları davam etdirmək imkanlarını zəiflətmək məqsədilə yüksəkdəqiqlikli sursatların köməyi ilə bir neçə yerdə onlarla hədəfi vuraraq İrana qarşı yeni hücum zərbələri dalğasını başa çatdırıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, zərbələr zamanı ABŞ Silahlı Qüvvələri qırıcılar, gəmilər və dronların köməyi ilə İranın hava hücumundan müdafiə sistemlərini, sahil radarlarını, eləcə də katerlərini vurub. Bu zaman ilk dəfə olaraq zərbə tipli dəniz dronlarından istifadə edilib.