
Türkmənistanda İran Prezidenti Məsud Pezeşkianla Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Senzor.az bildirir ki, həmsöhbətlər yüksək səviyyəli ikitərəfli intensiv əlaqələrin vacibliyini vurğulayaraq, bunun Ermənistan-İran münasibətlərinin ardıcıl inkişafına və genişlənməsinə töhfə verdiyini qeyd ediblər.
Baş nazir iki ölkənin zəngin əməkdaşlıq gündəliyinə malik olduğunu və İran şirkətlərinin Ermənistanda həyata keçirilən strateji layihələrdə iştirak etdiyini bildirib.
Tərəflər Ermənistan-İran münasibətlərinin yaxın gələcəkdə yeni səviyyəyə yüksələcəyinə əminliklərini vurğulayıblar. Yaxın gələcəkdə planlaşdırılan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti də qeyd olunub.
Məsud Pezeşkian və Nikol Paşinyan qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıb.