
Kiyev meri Vitali Kliçko sakinləri genişmiqyaslı kommunal böhranı təhlükəsi səbəbindən şəhəri müvəqqəti tərk etməyə çağırıb.
Bu barədə AFP məlumat yayıb.
Mer şəhərdən kənarda qohumları və ya dostları olan şəhər sakinlərini paytaxtı tərk etməyə çağırıb: “Su təchizatı infrastrukturunda yaranan nasazlıqlar ciddi və genişmiqyaslı böhrana səbəb ola bilər”.
Qeyd edək ki, Kiyevə endirilən silsilə zərbələrdən sonra şəhərdə genişmiqyaslı elektrik kəsintisi baş verib. Metro və yerüstü elektrik nəqliyyatının fəaliyyəti tamamilə dayanıb, kanalizasiya sistemində problemlər yaranıb və su təchizatında fasilələr qeydə alınıb.
Enerji üzrə tanınmış ekspert Stanislav İqnatyev təsdiqləyib ki, Rusiya ordusunun zərbələri nəticəsində Kiyevin bütün elektrik enerjisi istehsal edən müəssisələri məhv edilib və ya əhəmiyyətli dərəcədə zədələnib: “Paytaxt hazırda ən çətin vəziyyətlərdən birini yaşayır. Darnitskaya İES-4 praktik olaraq dağılıb, İES-5 və İES-6 isə ciddi şəkildə zədələnib”.