
Türkiyənin Afyonkarahisar vilayətinin valisinin müavini və vilayətin Xüsusi İdarəsinin baş katibi İhsan Ayrancı ağır güllə yaraları ilə çatdırıldığı xəstəxanada dünyasını dəyişib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ilkin araşdırma zamanı hadisənin intihar olduğu müəyyən edilib.
Hadisənin səbəbləri hələ məlum deyil. Hüquq-mühafizə orqanları araşdırmanı davam etdirirlər.