Aleksandr Rar: “Avropa İttifaqı dağıla bilər”


Avropa İttifaqı (Aİ) 10 il əvvəlki maliyyə böhranı zamanı dağılmaq üzrə idi. Yunanıstan Aİ-dən çıxa bilərdi, onu sadəcə saxladılar. Bu gün vəzifəsini tərk etməyə hazırlaşan Almaniya Kansleri Angela Merkel də memuarlarında yazır ki, avrozonanın mümkün ləğvi bütün Avropanın dağılmasına səbəb ola bilər.
 

Bunu oxu.az-a açıqlamasında məşhur almaniyalı politoloq Aleksandr Rar Avropa İttifaqının çökə biləcəyi ilə bağlı ekspertlərin açıqlamalarına şərh verərkən bildirib.
 
Onun sözlərinə görə, miqrasiya böhranı da eyni nəticəyə - parçalanmaya gətirib çıxara bilər.
 
“İndi isə pandemiya zamanı Avropa ölkələrinin bağlı sərhədlərini görürük. Bu gün Şengen zonasının varlığından kim ciddi danışa bilər?” - deyə siyasətçi əlavə edib.
 
Onun sözlərinə görə, avropalılar artıq bir-biriləri olmadan yaşamağa alışırlar, anlayırlar ki, sərhədlər yenidən qayıdıb.
 
“Halbuki sərhədlərin olmaması Aİ-nin əsas uğuru idi. Böyük Avropa ideyası psixoloji cəhətdən çökdü. Eyni zamanda, Şərqi Avropa ölkələri getdikcə ənənəvi, Almaniya isə yeni liberal inqilab ideyalarından üstün tutunan postmodernist hala gəlir”, - deyə ekspert bildirib.
 
Müsahib bütün bu deyilənləri nəzərə alaraq Avropa İttifaqının dağılacağını söyləyən ekspertlərlə razı olduğunu bildirib.
 
“Təbii ki, bu, SSRİ ilə olduğu kimi tez baş verməyəcək. Bu, təkamül prosesi olacaq. Aİ başqa bir şeyə çevriləcək. “Soyuq müharibə” dövründə olduğu kimi, iqtisadi birlik də ola bilər. Düşünürəm ki, pul vahidi - avro qalacaq. Zaman keçdikcə isə “yerli Avropa” və onunla uzaqdan dost olacaq ölkələr, məsələn Norveç qalacaq”, - deyə Aleksandr Rar fikrini yekunlaşdırıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.