Paşinyan planını açıqladı:
AZƏRBAYCANLA SÜLH MÜQAVİLƏSİNİ BEŞ İL ƏRAZİNDƏ İMZALAYACAQ

“2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsini imzalayıb, ratifikasiya etməyi qarşıma məqsəd qoymuşam”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

 

“Qarşıdakı əsas vəzifəmiz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və ratifikasiyasıdır. Bu, digər gündəmdən imtina etmək demək deyil. Özüm qarşıma belə bir məqsəd qoymuşam. Konkret vaxt çərçivəsi isə bu məqsədin həllinə 2031-ci ilədək nail olmaqdır”, - o vurğulayıb.

 

Baş nazirin sözlərinə görə, bu məsələnin həlli komandasının qarşısında duran vəzifədir: “Amma gündəliyim baxımından bu məsələnin həllini vacib hesab edirəm. Əlbəttə, bu yanaşma indi formalaşmayıb”.

 

Paşinyan vurğulayıb ki, bu məqsədə nail olmaq üçün imkanın olduğunu görür, əks halda məsələni nə bu, nə də digər formatlarda gündəmə gətirərdi.

 

Baş nazir əmin edib ki, sazişin ratifikasiyası ilə erməni xalqının tarixində çox mühüm mərhələ həm yekunlaşacaq, həm də yeni mərhələnin başlanğıcı olacaq.

 

Xatırladaq ki, Ermənistan Konstitusiyasının 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad etməsi və burada Azərbaycana qarşı açıq ərazi iddiaları olan müddəanın əks olunması sülh sazişinə mane olan əsas səbəb hesab olunur. Ermənistan sülh müqaviləsini imzalamaq üçün Konstitusiyasında müvafiq dəyişilik etməli, bundan ötrü isə referendum keçirməlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.