Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi – ALEN SİMONYAN

Rəsmi Bakı İrəvanda keçirilən COP17 tədbirlərinə nümayəndə heyəti göndərməyib. 

 

Bunu yerli mediaya açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.

 

Simonyan rəsmi Bakının bu qərarının iki ölkə arasındakı münasibətlərə şamil edilməməli olduğunu bildirib.

 

O, Bakının qərarının Ermənistanın 2024-cü ilin noyabrında Azərbaycanda keçirilən COP29-da iştirak etmək istəməməsinə cavab ola biləcəyini istisna etməyib.

 

“Bizim münasibətlərimizdə gərginlik yoxdur və gözlənilmir”, – deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

 

Qeyd edək ki, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci toplantısı (COP17) 2026-cı il oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək. Hazırlıq tədbirləri və “Yaşıl zona”nın fəaliyyəti isə oktyabrın 18-də başlayacaq.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.