Türkiyədə əməliyyat: Vəzifəli şəxsin evində gizli seyflərdən külli miqdarda pul çıxdı - VİDEO

Türkiyənin Esenyurt Bələdiyyəsində rüşvətxorluq və tender pozuntuları ilə bağlı istintaq çərçivəsində həbs olunan parklar və bağlar müdirinin etirafından sonra rüşvət yolu ilə əldə edilən pulların gizlədildiyi boş mənzildə kilidli seyflərdə milyonlarla dollar xarici valyuta aşkarlanıb. Həmçinin boş çamadanlarla pulu götürməyə gələn bələdiyyə sədri müavininin qohumları cinayət başında ələ keçiblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirilir ki, İstanbul Baş Prokurorluğu tərəfindən Esenyurt Bələdiyyəsində tender saxtakarlığı və podratçılardan rüşvət alınması iddiaları ilə bağlı istintaq zamanı bələdiyyə sədrinin müavini Yusuf Ulutaş da daxil olmaqla, 9 şübhəli həbs edilib, 10 şübhəli barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq edilib.

 

İstintaq çərçivəsində həbs olunan parklar və bağlar müdiri İbrahim Doğancıoğlu ifadəsində etiraf edib ki, bələdiyyə sədri müavini Yusuf Ulutaşın tapşırığı ilə Küçükçekmece rayonundakı binada bir dostunun adına boş bir mənzil kirayə götürüb və rüşvət pullarının saxlanılması üçün oraya iki ədəd xüsusi polad seyf yerləşdirib. Bundan sonra göstərilən ünvanda əməliyyat keçirilib və iki qara polad seyf aşkar edilib. Polis qrupları seyfləri açmaq üçün çilingər gözlədikləri zaman Yusuf Ulutaşın anası Ayşe Ulutaş və qohumu Mustafa Zahit Seval əllərində iki boş çamadan və mənzilin açarı ilə birlikdə evə giriblər. Şübhəlilər evdə polis qrupları ilə qarşılaşıblar və cinayət başında saxlanılıblar. Onlar ilkin ifadələrində mənzilə Yusuf Ulutaşın vəkili tərəfindən yönləndirildiklərini iddia ediblər.

 

Şübhəlilərin üzərində aparılan axtarış zamanı seyflərin açarları tapılıb və seyf kodları da polisə verildikdən sonra seyflər açılıb. Axtarış zamanı seyflərin içərisindən külli miqdarda avro və ABŞ dolları tapılaraq müsadirə edilib.

 

Hadisə ilə bağlı hüquqi proses davam edir.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.