Sankt-Peterburqda cümə namazında miqrantlara qarşı kütləvi reyd keçirildi – SAXLANILANLAR VAR
VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində hüquq-mühafizə orqanlarının əməkdaşları Sennoy bazarında genişmiqyaslı reyd keçiriblər. Yoxlamalar yaxınlıqdakı hostelləri və miqrantların toplandığı kafeləri əhatə edib.

 

Senzor.az bildirir ki, bu barədə yerli media məlumat yayıb.

 

Məlumata görə, oktyabrın 16-da Sennoy bazarı güc strukturları tərəfindən mühasirəyə alınıb. Ərazi polis, Milli Qvardiya və xüsusi təyinatlı polis dəstəsinin (OMON) avtomobilləri ilə əhatələnib, bazarın darvazaları bağlanıb və içəridə olan insanlar bir müddət çölə buraxılmayıb. Reydin keçirilməsinə səbəb miqrasiya qanunvericiliyinə əməl olunmasının kütləvi şəkildə yoxlanılması olub. Əməliyyat hətta cümə namazı vaxtına təsadüf edib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeydiyyat, patent və miqrasiya kartlarını yoxlayıblar. Sənədləşdirmədə pozuntular aşkar edilən onlarca şəxs artıq saxlanılıb. Yoxlamalar yalnız bazar ərazisi ilə məhdudlaşmayıb: güc strukturları yaxınlıqda yerləşən hostellərə və kafelərə də baxış keçiriblər.(Bax:https://www.youtube.com/watch?v=Kn_ONuY50y0)







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.