“Sarı jiletlilər” yenidən səhnədə: FRANSADA NÖVBƏTİ KÜTLƏVİ ETİRAZ AKSİYALARI PLANLAŞDIRILIR
VİDEO

Fransada oktyabrın 17-də yanacağın bahalaşmasına, alıcılıq qabiliyyətinin azalmasına və dövlət xidmətlərinin pisləşməsinə etiraz olaraq genişmiqyaslı səfərbərlik planlaşdırılır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkə üzrə təxminən min aksiya nəzərdə tutulur. 

 

Sosial şəbəkələrdə fəallaşan “Sarı jiletlilər” hərəkatının nümayəndələri müxtəlif nəsillərin və peşə qruplarının etirazlarını birləşdirməyə, aksiyaları daha mütəşəkkil şəkildə təşkil etməyə çalışırlar.

 

“Franceinfo”nun məlumatına görə, sentyabrda gənc “TikTok” istifadəçilərinin “hər şeyi bloklamaq” çağırışı geniş dəstək qazanmamışdı. Lakin oktyabrın ortalarında lisey şagirdlərinin etirazları yenidən fəallaşıb və “Sarı jiletlilər” hərəkatının bəzi nümayəndələri bu narazılıqları ümumi səfərbərliyə çevirmək təşəbbüsü ilə çıxış ediblər.

 

Həmkarlar ittifaqlarından “Solidaires” və Fermerlər Konfederasiyası aksiyalarda iştirak edəcəklərini açıqlayıblar. Ümumi Əmək Konfederasiyası (CGT) da səfərbərliyə dəstək verdiyini bildirib. Bununla belə, aksiyaların real miqyasını əvvəlcədən müəyyənləşdirmək hələlik çətindir.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.