ABŞ ordusunda yeni qeyri-adi silah sistemi tətbiq olunacaq.
Azvision.az bildirir ki, bu barədə ABŞ Baş Qərargah Rəisinin müavini general Con Hayten məlumat verib.
O deyib ki, ABŞ orduda enerjini yönləndirən özünün xüsusi silahlarının hazırlayaraq istifadə etməyə çox yaxındır. General bu perspektivli yeniliyin böyük potensiala malik olduğunu izah edib.
"Texnologiya əhəmiyyətli dərəcədə inkişaf edib və biz artıq buna çox yaxınıq", - deyə Hayten vurğulayıb.
General idarə olunan enerji silahının ballistik və qanadlı raketləri məhv edə biləcəyini də söyləyib. Onun sözlərinə görə, bu yenilik gələcəkdə hərb sahəsindəki mövcud vəziyyəti dəyişəcək. Silahın detalları ilə bağlı məlum olan yalnız budur ki, yeni hərbi avadanlıq işıq enerjisindən istifadə edir.