Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yaradılan "Qardaş Briqada" layihəsi çərçivəsində Çanaqqalaya göndərilən Azərbaycan hərbçilərinin hərbi təlimləri davam edir.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Tvitter” səhifəsində məlumat yayıb.
Təlimlər Çanaqqalanın 18-ci Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığının Qərargahında davam etdirilir.