Türkiyədə Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə “IDEF-2021” müdafiə sənayesi sərgisi keçiriləcək.
“Anadolu” xəbər verir ki, sərgi 17-20 avqust tarixlərində gerçəkləşdiriləcək.
“IDEF” dünyada keçirilməkdə olan 32 hərbi sənaye sərgisi arasında iştirakçı sayına görə üçüncüdür. Sərgidə Türkiyə ilə yanaşı, 53 ölkədən müxtəlif şirkətlər qatılacaq. Müxtəlif hərbi istehsal məhsulları nümayiş olunacaq. Həmçinin “IDEF-2021”də 79 ölkədən 154 rəsminin iştirakı gözlənilir. Sərgi zamanı müxtəlif səviyyəli görüşlərin keçiriləcəyi qeyd olunub.
Sərginin COVID-19 pandemiyası ilə bağlı bütün məhdudiyyətlərə uyğun təşkil olunacağı, zəruri tədbirlərin görüləcəyi xüsusi vurğulanıb.