İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün sabah Nyu-Yorka gedəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Səid Xatibzadə məlumat verib.
"Abdolahian Nyu-Yorkda 42 ölkədən olan nazir və nazir müavinləri ilə görüş keçirəcək", - XİN rəsmisi deyib.