Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,31 dollar azalaraq 86,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,75 dollar ucuzlaşaraq 78,74 dollar olub.
Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,89 dollar azalaraq 89,81 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.