Ərdoğan ABŞ-da Britaniyanın Baş naziri ilə danışıqlar apardı - 40 DƏQİQƏLİK QAPALI GÖRÜŞ

BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Britaniyanın Baş naziri Boris Consonu qəbul edib.
 
Bu barədə “Habertürk” məlumat yayıb.
 
Məlumata görə, görüş Nyu-Yorkda yenicə açılışı olan “Türk evi”ndə baş tutub. Türkiyə rəhbərinin Britaniyanın hökumət başçısı ilə görüşü 40 dəqiqə davam edib. Danışıqlar qapalı olub.
 
Qeyd edək ki, Ərdoğan daha əvvəl BMT Baş katibi Antoniu Quttereşlə görüşüb. Görüşdə Suriya, Liviya və Əfqanıstanla bağlı fikir mübadiləsi aparılıb. Türkiyə rəhbəri və Baş katib habelə Kipr məsələsini də müzakirə ediblər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.