“Əfqanıstanda zorla dünyəvi və demokratik dövlət qurmaq mümkün deyil”.
Ovqat.com xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev hələ bir həftə əvvəl MM-in iclasında demişdi.
Sülhməramlı missiyada iştirak etmiş ABŞ, Almaniya və digər dövlətlərin öz hərbi kontingentini Əfqanıstandan çıxarmağa başladığını xatırladan Q. Həsənquliyev qeyd etmişdi ki, Azərbaycan sülhməramlıları da təcili adıçəkilən ölkədən çıxarılmalıdır.
“Ötən ilin sonunda biz parlamentdə Əfqanıstanda səfirliyimizin açılması ilə bağlı qanun qəbul etdik. O zaman da qeyd etdim ki, bu, çox risklidir. Amma indi ABŞ Əfqanıstandakı 20 illik fəaliyyətinə son qoyur, ölkəni tərk edir. Artıq bir neçə gün bundan öncə Çin də öz vətəndaşlarını təcili Əfqanıstanı tərk etməyə səslədi. Azərbaycanın da Əfqanıstanda 120 nəfərlik sülhməramlı missiyası var. Hesab edirəm ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi bu məsələni təcili şəkildə Müdafiə Nazirliyi ilə müzakirə etməli və Ali Baş Komandana müraciət edilməlidir. Nə qədər gec deyilsə, bizim sülhməramlılar Əfqanıstandan çıxarılmalıdır. Hökumət artıq Əfqanıstanın bütün kənar bölgələrinə nəzarəti itirib. Hər gün daha çox ərazilər “Taliban”ın nəzarətinə keçir. Əfqanıstan orta əsrlər qanunları ilə yaşamaq istəyir”, - deyə deputat vurğulamışdı.