"O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü".
Senzor.az bildirir ki, bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, şübhəli şəxs dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışıb: "Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərini araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı".
**19:58
Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib.
Senzor.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Araşdırmalar davam etdirilir.